Gürcüstana 36 kq qızıl aparan azərbaycanlı tutuldu

Gürcüstana 36 kq qızıl aparan azərbaycanlı tutuldu
  24 Mart 2018    Oxunub:2712
Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" buraxılış məntəqəsindən Gürcüstan ərazisinə 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
AzVision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, “Mercedes Benz” markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar).

Faktla bağlı istintaq aparılır.

AzVision.az


Teqlər: Qızıl   Gümüş   DGK  





Xəbər lenti