Misirdə partlayış törədilib: Ölən və yaralılar var

Misirdə partlayış törədilib: Ölən və yaralılar var
  24 Mart 2018    Oxunub:1175
Misirin İsgəndəriyə şəhərində partlayış baş verib.
AzVision.az-ın məlumatına görə, şəhərin təhlükəsizlik üzrə rəhbəri Mustafa an-Nimr bildirib ki, partlayıcı quraşdırılmış avtomobilin partlaması nəticəsində 2 nəfər ölüb, iki nəfər yaralanıb.

Rəhbər şəxs qeyd edib ki, ona qarşı edilən sui-qəsddə bir polis və sürücü həlak olub. Mustafa an-Nimr partlayışın seçkinin işinə mane olmayacağını və təhlükəsizilyin təmin ediləcəyini bəyan edib.

Hadisədən bir qədər əvvəl Misirin Daxili İşlər Nazirliyi ölkədə fəaliyyəti qadağan edilmiş "Müsəlman qardaşları" qruplaşması ilə əlaqədə günahlandırılan bir neçə nəfəri saxladığını bəyan etmişdi. Həmin şəxslərin ölkədə prezident seçkiləri öncəsi terror aktı planlaşdırdığı bildirilib.

AzVision.az


Teqlər: Misir   Terror  





Xəbər lenti