Ermənistan rəhbərliyi türk deputatı mükafatlandırdı

Ermənistan  rəhbərliyi türk deputatı mükafatlandırdı
  24 Mart 2018    Oxunub:1165
Ermənistan rəhbərliyi 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamənin müəllifi və fəal dəstəkçisi, milliyətcə türk olan Almaniya parlamentinin deputatı Cem Özdemiri mükafatlandırıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, C.Özdemir Ermənistanın dövlət mükafatı ilə təltif edilib. Onun qondarma "erməni soyqırımı" ilə bağlı fəaliyyətinə görə, mükafat aldığı bildirilib.

Qeyd edək ki, Cem Özdemir milliyətcə türk olsa da, ermənipərəst mövqeyi ilə seçilir. O, dəfələrlə Türkiyə dövlətinin əleyhinə çıxışlar edərək, işğalçı Ermənistanı müdafiə edib.

AzVision.az


Teqlər: Ermənistan   Deputat   Almaniya   Türk  





Xəbər lenti