Tramp rusiyalı diplomatları ABŞ-dan qovmaq istəyir

Tramp rusiyalı diplomatları ABŞ-dan qovmaq istəyir
  25 Mart 2018    Oxunub:1845
ABŞ prezidenti Donald Tramp “Skripal işi”nə görə rusiyalı diplomatları ölkəsindən qovmağa hazırlaşır.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp müşavirlərinin tövsiyəsi ilə bu addımı ata bilər.
Ehtimal edilir ki, rusiyalı diplomatların ABŞ-dan çıxarılması barədə qərar martın 26-da elan olunacaq. Hələlik Tramp avropalı müttəfiqlərinin oxşar addımı atacağından əmin olmaq istəyir, bundan sonra qərar açıqlanacaq.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya rəhbərliyi 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Rəsmi Moskva oxşar addım ataraq ingilis diplomatları Rusiyadan deportasiya edib.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti