"Afrində 3740 terrorçu məhv edilib" - Ərdoğan

"Afrində 3740 terrorçu məhv edilib" - Ərdoğan
  25 Mart 2018    Oxunub:1318
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində keçirilən əməliyyatlar zamanı zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, indiyədək Afrində 3740 terrorçu məhv edilib.
Türkiyə prezidenti, həmçinin antiterror əməliyyatlarının davam etdiriləcəyini bəyan edib: ""Fərad Qalxanı" əməliyyatında dastan yazdıq. Afrində də söylədik, dinləmədilər. Getdilər terror təşkilatları ilə işbirliyinə girdilər. Onlara bunu başa salırıq, izah edirik, anlamırlar. O zaman biz də Afrinə girdik. İndiyədək Afrində 3740 terrorçu zərərsizləşdirilib. Demişdik ki, onlar qaçacaqlarsa, biz də qovacağıq. Nəticədə onlar qaçdılar, biz də qovduq",- deyə Ərdoğan çıxışında söyləyib.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya   PKK  





Xəbər lenti