Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyədə terror aktının qarşısı alınıb
  24 Mart 2018    Oxunub:993
Türkiyənin Şanlıurfa bölgəsində terror aktının qarşısı alınıb.
Türkiyə KİV-lərinin məlumatına görə, Eyyübiye Anadolu İmam Hatip Məktəbi və Liseyi yolunun üstündə partlayıcı qurğunun qoyulması müəyyən edilib. Ərazidə təmizlik işləri aparan bələdiyyə işçisi partlayıcını görərək aidiyyatı qurumlara məlumat verib. Əraziyə cəlb olunan mütəxəssislər kustar üsulla hazırlanan qurğunu zərərsizləşdirib.

Qeyd edilib ki, terrorçular məktəbliləri daşıyan avtobus, ya da polislərin keçdiyi məqamda partlayıcını uzaq məsafədən işə salmağı planlaşdırıblar.

AzVision.az


Teqlər: Türkiyə   Terror  





Xəbər lenti