Türkmənistanda parlament seçkiləri keçirilir

Türkmənistanda parlament seçkiləri keçirilir
  25 Mart 2018    Oxunub:1179
Bu gün Türkmənistanda parlament seçkilərinə start verilib.
AzVision.az xəbər verir ki, 125 deputat mandatı uğrunda 284 namizəd mübarizə aparır. Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb, 19:00-da başa çatacaq.

Seçkilər birmandatlı dairələr üzrə keçirilir. Deputatlar beş il müddətinə seçilir. Səsvermədə iştirak edən seçicilərin yarısından çoxunun səsini toplamış namizəd seçilmiş hesab edilir.

AzVision.az


Teqlər: Türkmənistan   Parlament   Seçki  





Xəbər lenti