“İlhamə Quliyevanın müraciəti mənasızdır”
“Hara baxırsan, saysız hesabsız müğənnilər peyda olub. Hərə özünü bir sənətçi, sənətkar hesab edir. Müğənnilərin toxunulmazlıq statusunun verilməsi haqqında fikrin ortaya atılması belə absurddur. Mən elə hesab edirəm ki, bu mənasız bir şeydir. Belə bir müraciət də əsaslı ola bilməz. Söhbət xalq sənətçilərindən gedirsə, onlara dövlətin qayğısı var. Onlara cənab Prezidentimiz tərəfindən ev verilib, çoxuna titullar, adlar verilib. Həmişə onlara hörmətlə, izzətlə yanaşılıb. Amma bu o demək deyil ki, müğənnilər toxunulmazlıq hüququna malik olsunlar. Belə bir təklif gələcəksə də, mən hesab edirəm ki, bu mənasızdır”.
Millət vəkili qeyd edib ki, müğənnilərin qanunvericilik təşəbbüsü vermək hüquqları da yoxdur. “Başqa bir məsələ də, istər İlhamə Quliyeva, istərsə də digər müğənnilər olsun, onların qanunvericilik təşəbbüsü yoxdur. Beləlikə də bu müraciətin gəlməsi bizə əsas verir ki, biz ümumiyyətlə, bu məsələni müzakirəyə çıxartmayaq. Çünki qanunda nəzərdə tutulur ki, kimlərin qanunvericilik təşəbbüsü var. Onlar da qanunların qəbulu ilə müracət edə bilər. Bu gün sənətçilər o statusda olmadığına görə, onların bu müraciəti mənasızdır”-deyə, Ç,Qənizadə əlavə edib.
Qeyd edək ki, Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli müğənni İlhamə Quliyeva Modern.az-a açıqlamasında bildirib ki, “Müğənnilərin toxunulmazlığı haqqında” Qanun layihəsinin qəbulu üçün Oqtay Əsədova müracət edib.
Sevinc İltifatqızı