Yanğında ölənlərin sayı 64 nəfərə çatdı - Yenilənib

Yanğında ölənlərin sayı 64 nəfərə çatdı - Yenilənib
  26 Mart 2018    Oxunub:9835
Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" (Zimnaya vişnya) ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib.
Nazir bildirib ki, yanğında xəsarət alanların sayı 50 nəfərdən çoxdur.

***
(12:04)

Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" (Zimnaya vişnya) ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.

AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, faktı İstintaq Komitəsi təsdiq edib.

Komitənin məlumatına əsasən, yanğın nəticəsində xəsarət alanlardan 44 nəfər xəstəxanaya müraciət edib, onlardan 10 nəfər isə xəstəxanada saxlanılıb.

***
Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" (Zimnaya vişnya) ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Ölənlərdən 9-u azyaşlıdır. Hadisə zamanı 16 nəfər itkin düşüb.

***
Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın söndürülüb.

AzVision.az TASS-a istinadla xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. Rusiya Fövqəladə Hallar Nazirliyi bu faktı təsdiqləyib. Bundan əvvəl yanğın zamanı 37 nəfərin öldüyü bildirilimişdi, daha sonra ticarət mərkəzinin kino zalının ərazisindən 11 nəfərin meyiti tapılıb. Hadisə zamanı 27 nəfər isə itkin düşüb.

***

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

AzVision.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.

***
Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğında ölənlərin sayı 12yə çatıb, 43 nəfər isə xəsarət alıb. 13 nəfərin itkin düşdüyü bildirilib.

Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov hadisə yerinə gedib. Hadisənin səbəbi araşdırılır və bununla bağlı cinayət işi açılıb.

AzVision.az


Teqlər: Rusiya   Yanğın  



Xəbər lenti