"Türkiyə qaçqınların evlərinə qayıtmasını təmin edəcək" - Ərdoğan

"Türkiyə qaçqınların evlərinə qayıtmasını təmin edəcək" - Ərdoğan
  26 Mart 2018    Oxunub:1199
Yaxın günlərdə “Zeytun budağı” antiterror əməliyyatı çərçivəsiтвə Suriyanın Tel-Rifat rayonu üzrə də nəzarət təmin ediləcək.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzona səfəri zamanı bəyan edib. Ərdoğan, həmçinin ABŞ-ı PKK və YPG terrorçularını Suriyanın Menbiç rayonundan tezliklə çıxarmağa çağırıb.

“Türkiyə suriyalı qardaşlarla birgə Menbiçdə ən qısa zamanda infrastrukturu bərpa edəcək və qaçqınların evlərinə qayıtmasını təmin edəcək”, - Ərdoğan bəyan edib.

Ərdoğan xəbərdarlıq edib ki, əgər terrorçular Suriyanın bu rayonunu tərk etməsələr, Türkiyə Ordusu məsələyə müdaxilə etməli olacaq.

AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti