Türkiyənin oyununu azərbaycanlı hakimlər idarə edəcək

Türkiyənin oyununu azərbaycanlı hakimlər idarə edəcək
  26 Mart 2018    Oxunub:1507
Azərbaycan hakimləri UEFA tərəfindən yeni təyinat alıblar.
AzVision.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda keçiriləcək Türkiyə-Malta oyununun baş hakimi Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, Türkiyə-Malta oyunu martın 27-də keçiriləcək.

AzVision.az


Teqlər: Türkiyə   Malta  





Xəbər lenti