Ərdoğan Putinə başsağlığı verib

Ərdoğan Putinə başsağlığı verib
  27 Mart 2018    Oxunub:1187
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kemerovo şəhərinin ticarət mərkəzində baş verən yanğınla əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan yanğın zamanı həlak olan şəxslərin yaxınlarına səbr diləyib, xəsarət alanların tezliklə sağalmasını arzu edirib.

Qeyd edək ki, Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında 64 nəfər ölüb.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Rusiya   Putin   Yanğın  



Xəbər lenti