Gürcüstanda Rusiya bayrağını yandırdılar

Gürcüstanda Rusiya bayrağını yandırdılar
  04 Oktyabr 2013    Oxunub:1167
“Milli Cəbhə” təşkilatı hökumət dəftərxanasının qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçılarının bəyanatına görə, Gürcüstan hökumətinin Rusiya ilə əlaqələri yenidən bərpa etmək üçün səy göstərməsinə baxmayaraq, Moskva öz imperialist planlarını həyata keçirməyə davam edir-deyə Gürcüstan mətbuatı yazır.

Etirazçılar Daxili İşlər və Müdafiə nazirliklərini “Rusiyanın daha da çox əraziləri mənimsəməməsi üçün ”işğal zonası ətrafında hərbi bölmələr yerləşdirməyə çağırıblar. Aksiya iştirakçıları həmçinin qeyd ediblər ki, sözügedən ərazidə Gürcüstan Silahlı qüvvələrinin atəş açmaq hüququ da olmalıdır.

Onların fikrincə Gürcüstan Soçi Olimpiadasını boykot etməli və Xarici İşlər Nazirliyi müttəfiq ölkələri də analoji addım atmağa sövq etməlidir.

“ Milli Cəbhə”nin tələblərinə görə, xarici işlər, müdafiə, iqtisadi işlər, ədliyyə nazirləri və digər hökumət üzvlərindən ibarət deokupasiya (işğaldan azad etmə) şurası yaratmalıdırlar.

Aksiya iştirakçıları sonda Rusiya bayrağını yandırıblar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti