Rus diplomatları qovan ölkələrə cavab veriləcək

Rus diplomatları qovan ölkələrə cavab veriləcək
  27 Mart 2018    Oxunub:2257
Rəsmi Moskva rusiyalı diplomatların qovulması haqda qərar qəbul edən bütün ölkələrə cavab verəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəsmisi bildirib ki, Rusiyaya qarşı çıxan ölkələrə qarşı müvafiq ölçülər götürüləcək: "Əlbəttə, hər birinə cavab veriləcək. Bütün ölkərə qarşı müvafiq ölçülər qəbul olunacaq. Söhbət həm diplomatların deportasiyasından, həm də Rusiyanın ABŞ-ın Sietl şəhərindəki baş konsulluğunun bağlanmasından gedir”.

Zaxarova hesab edir ki, Qərb ölkələrinin belə addım atacağı Rusiya üçün gözləniləndir.

AzVision.az


Teqlər: Rusiya   Zaxarova  





Xəbər lenti