Tramp Avropa liderlərini Rusiyaya qarşı birliyə çağırdı

Tramp Avropa liderlərini Rusiyaya qarşı birliyə çağırdı
  27 Mart 2018    Oxunub:1838
ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin rəhbərlərini Rusiyaya qarşı birləşməyə çağırıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Radj Şah bildirib.

Onun sözlərinə görə, Tramp "Skripal işi" üzə Avropa ölkələrinin liderləri ilə müzakirələr aparıb və onları rusiyalı diplomatlarının qovulması kampaniyasına qoşulmağa çağırıb.

Qeyd edək ki ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə rusiyalı diplomatları ölkədən çıxaracaq.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Rusiya  



Xəbər lenti