Avropalıların 37 faizi “feyk” xəbərlər oxuyur - Eurobarometer

Avropalıların 37 faizi “feyk” xəbərlər oxuyur -  Eurobarometer
  27 Mart 2018    Oxunub:1777
Avropalıların 37%-i hər gün reallığı təhrif edən və bilərəkdən yalan informasiyalar yayan “feyk” xəbərlərlə üzləşir. Bu haqda AB-yə daxil olan 28 ölkədə sorğu keçirən “Eurobarometer” məlumat yayıb.
AzVision.az xəbər verir ki, araşdırmaya görə, feyk xəbərlər onlayn-mediada daha çox, qəzet, radio və tv-də isə nisbətən az yayılır. Rəyi soruşulanların 44%-i feyk xəbərlərlə ən çox internetdə rastlaşdıqlarını bildiriblər.

Əhalinin 71%-i hesab edir ki, onlar xəbərin feyk olub-olmadığını müəyyən etməyi bacarırlar.

Hər 10 nəfərdən 7-si feyk xəbərləri ölkə üçün təhlükəli, 83% isə ümumilikdə demokratiyaya təhdid hesab edib. 45% hesab edir ki, feyk xəbərlərlə jurnalistlər, 39% düşünür ki, hakimiyyət mübarizə aparmalıdır.

Tariyel
AzVision.az


Teqlər:





Xəbər lenti