Avropa gəncləri dinsizləşir – STATİSİKA

Avropa gəncləri dinsizləşir – STATİSİKA
  27 Mart 2018    Oxunub:5226
Londonun Müqəddəs Mariya Universiteti və Paris Katolik İnstitutunun birgə apardığı araşdırma göstərib ki, Avropa ölkələrində dinə inanmayanların sayı sürətlə artır. Araşdırmaya rəhbərlik edən din sosiologiyası və ilahiyyat professoru Stivent Bullivent nəticələri “inam ölür” sözlərilə ifadə edib.
AzVision.az xəbər verir ki, araşdırmaya görə, Avropanın ən “dinsiz” ölkəsi Çexiyadır: Burada 16-29 yaş arasında olan gənclərin 91%-i dinə inanmırlar. İkinci və üçüncü yerlərdə 81% və 75% nəticə ilə Estoniya və İsveç gəlirlər.

Ən dindar ölkələr isə Polşa (gənclərin 17%-i dinə inanmır), Litva (25% inanmır) və Avstriyadır (37% inanmır).

İndiyə qədər güclü dini ənənələri olan Litva, Belçika, Niderland, Avstriyada gənclərin dindən uzaqlaşmaq faizi kifayət qədər yüksəkdir. Araşdırmaya rəhbərlik edən prof. Stiven Bulliment bunu belə izah edib ki, “Valideynlərin inancı uşaqlara keçmir. Gənclərin çoxu xaç suyuna çəkilib, amma sonradan bir dəfə də olsun, kilsənin qapısını açmayıblar”.

Dinsizlik göstəricisinə görə 13-cü yerdə gələn Rusiyada gənclərin 49%-i dinə inanmırlar.

Tariyel
AzVision.az



Teqlər: Din   Avropa   Gənclər  





Xəbər lenti