Putin

Putin
  27 Mart 2018    Oxunub:1365
Rusiya prezidenti Vladimir Putin Kemerovada “Zimnaya Vişnya” ticarət mərkəzində yanğının baş vermə səbəbi və araşdırmanın gedişatından narazı olaraq mitinq keçirən sakkinlərin bir qrupu ilə planlaşdırılmayan görüş keçirib.
Bu barədə AzVision.az “Life”- istinadən xəbər verir.

Mitinq iştirakçıları düşünür ki yanğın nəticəsində ölənlərin sayı 64-dən çox ola bilər.

Putin görüş zamanı qeyd edib ki, sosial şəbəkələrdə yayılan qeyri-dəqiq məlumatlara inanmağa çağırıb: “Yanğın nəticəsində insanların sayı ilə bağlı rəsmi statistikaya inanmamaq üçün əsas yoxdur”.

O, eyni zamanda qeyd edib ki, faciə ilə bağlı araşdırma diqqətlə aparılacaq və vəzifə və rütbəsindən asılı olmayaraq bütün günahkarlar cəzalandırılacaq.

Qeyd edək ki, bu gün yanğınla bağlı Kemerovoda böyük bir mitinq keçirilib.

Xatırladaq ki, Rusiyanın Kemerovo şəhərindəki "Zimnaya vişnya" ticarət mərkəzində baş verən dəhşətli yanğında ölənlərin sayı 64-ə çatıb. Onlardan 41-i uşaqdır. Ümumilikdə yanğın nəticəsində 131 nəfər xəsarət alıb. On dörd nəfər hələ də xəstəxanadadır.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Putin  



Xəbər lenti