"Gün gələcək, Qarabağ problemi həll olunacaq" - XİN rəhbəri

"Gün gələcək, Qarabağ problemi həll olunacaq" - XİN rəhbəri
  27 Mart 2018    Oxunub:1571
Lüksemburq Avropa İttifaqı (Aİ) kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüslərini dəstəkləyir.

AzVision.az “News.am”a istinadən xəbər verir ki, bunu Lüksemburqun xarici işlər naziri Jan Asselborn İrəvanda erməni həmkarı Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Lüksemburq Avropa İttifaqı (Aİ) kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüslərini dəstəkləyir və hesab edir ki, dondurulmuş münaqişənin (Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutur-red) həll yolunun tapılacağı gün gələcək”, - deyə nazir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Lüksemburq   DağlıqQarabağ  





Xəbər lenti