Sərin və yağmurlu hava gözlənilir

Sərin və yağmurlu hava gözlənilir
  04 Oktyabr 2013    Oxunub:1063
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal küləyinin əsəcəyi, temperaturun 8 dərəcəyədək aşağı enəcəyi, yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun günün birinci yarısında 17-19, günün ikinci yarısında 14 dərəcə olacağı gözlənilir. Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi bəzi yerlərdə daha da güclü əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 16-21, dağlarda gecə 4-9, gündüz 9-13 dərəcə isti olacaq.

Oktyabrın 04-05-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyi və temperaturun 5-10 dərəcə aşağı düşməsi meteohəssas insanlar üçün əlverişsizdir. Oktyabrın 06-07-də temperatur rejiminin iqlim normasından aşağı olmasına baxmayaraq, oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nisbətən mülayim hava şəraitindən sonra oktyabrın 04-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun tədricən 5-8 dərəcə aşağı enəcəyi, fasilələrlə yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti