Nəhəng onlayn narkotik mağazası bağlandı

Nəhəng onlayn narkotik mağazası bağlandı
  04 Oktyabr 2013    Oxunub:1432
ABŞ-ın nəhəng narkotik satılan onlayn `Silk Road` mağazası bağlanıb.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Federal Təhqiqatlar Bürosu (FTB) bu həftə irimiqyaslı əməliyyat keçirib və `Silk Road` onlayn narkotik mağazasının fəaliyyətinə son qoyub. Saytın yaradıcısı 29 yaşlı Ross Vilyam Ulbrixt San-Fransisko kitabxanasında həbs edilib. O, narkotik ticarətinə, haker fəaliyyətinə və çirkli pullara görə ittiham olunub. Axtarış zamanı Ulbrixtin üzərində təxminən 3,6 milyon dollarlıq 26 min `Bitcoin` (elektron valyuta) götürülüb.

2 ildən çox müddətdə `Silk Road` narkotik ticarətinə görə ən böyük onlayn-bazara çevrilib. Sayta gündə 60 min ziyarətçi daxil olurdu. Resurs `eBay` prinsipi ilə fəaliyyət göstərib: satıcılar müştərilərə heroin və kokain təklif edir, sifariş aldıqdan sonra isə narkotiklər adi poçtla və ya kuryerlə göndərilirmiş. Aylıq gəlir 1 milyon dollardan çox qiymətləndirilib. Resurs `Tor` anonim şəbəkəsində fəaliyyət göstərdiyi üçün uzun müddət hüquq-mühafizə orqanlarının ona daxil ola bilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti