Rusiyada matəmdir: Bakıdakı səfirlikdə bayraq endirildi

Rusiyada matəmdir: Bakıdakı səfirlikdə bayraq endirildi
  28 Mart 2018    Oxunub:2013
Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar Rusiyada matəm elan olunub.

AzVision.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Sərəncamla ölkə daxilində və xaricində rəsmi dövlət inzibati binalarının üzərindəki Rusiya bayraqları endiriləcək. Matəmlə bağlı bu gün Rusiyanın Bakıdakı səfirliyində də bayraqlar endirilib.

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla 64 nəfər həlak olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Matəm  



Xəbər lenti