33 nəfər avtobus qəzasında yaralandı

33 nəfər avtobus qəzasında yaralandı
  28 Mart 2018    Oxunub:1364
Türkiyənin Çorum vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, avtobusun yol kənarındakı ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 33 nəfər yaralanıb.

Yaralılar dərhal xəstəxanalara yerləşdirilib. Qəzada həlak olanlar avtobusun sürücüsü və onun köməkçisidir.

AzVision.az


Teqlər: Türkiyə   Qəza  



Xəbər lenti