İran prezidenti Bakıdadır - FOTO (Yenilənib)

İran prezidenti Bakıdadır - FOTO (Yenilənib)
  28 Mart 2018    Oxunub:4208
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.



İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

***

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb. AzVision.az xəbər verir ki, Ruhani Türkmənistan səfərini başa vuraraq Bakıya yollanıb. İran prezidenti səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə görüş keçirəcək. Martın 29-da isə iki ölkə arasında iqtisadi konfransı baş tutacaq.

Ruhanini Bakı səfərində müşayiət edən nümayəndə heyətinə xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir.

Qeyd edək ki, bu səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti əsasında reallaşır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran   Həsən-Ruhani   Səfər  





Xəbər lenti