"Debatlarda mövzudan kənar çıxışların olması normaldır" - MSK sədri

"Debatlarda mövzudan kənar çıxışların olması normaldır" - MSK sədri
  28 Mart 2018    Oxunub:1167
“İctimai Televiziya və Radio Yayımları şirkətində prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı çıxışlarında hər hansı xoşagəlməz hal baş verməyib”.

AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, müəyyən edilən mövzulardan kənar çıxışların olması normaldır: "Demək istəmirəm ki, hər şey çox yaxşıdır. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə isə namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Məzahir-Pənahov  





Xəbər lenti