Əfv nə vaxt olacaq? - AÇIQLAMA

Əfv nə vaxt olacaq? -  AÇIQLAMA
  28 Mart 2018    Oxunub:7648
“Əfv Məsələləri Komissiyası fasiləsiz iş aparır. Sənədlər qəbul olunur və müvafiq arayışlar hazırlanıb komissiyaya təqdim olunur”.

Bu barədə AzVision.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, işlər hərtərəfli araşdırılmalıdır və bu, müəyyən müddət tələb edir: “Hazırda ərizələrə baxılması prosesi davam edir. Müraciətlər tam hazır olduqdan sonra komissiyanın iclasları keçirilir. Bu baxımdan proses davam etməkdədir”.

Komissiya üzvü qeyd edib ki, may ayında əfv sərəncamı ola bilər: “İstisna etmirəm ki, may ayında əfv sərəncamı ola bilər. Sözsüz ki, əfv sərəncamının nə zaman olacağı cənab prezident tərəfindən müəyyənləşdirilir”.

Qeyd edək ki, ümumilikdə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub və onlardan 500-nə baxılıb.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Əfv   Komissiya   Əliməmməd-Nuriyev  





Xəbər lenti