Mikayıl Cabbarov dövlət proqramından danışdı

Mikayıl Cabbarov dövlət proqramından danışdı
  04 Oktyabr 2013    Oxunub:1133
“Dövlət proqramı ilə azərbaycanlı tələbələrin xaricdə təhsili işinin mütləq əksəriyyəti başa çatdırılıb. Onun müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənib”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

O dövlət proqramı ilə xaircdə təhsil üçün müraciət edənlərin cavablarının gecikməsindən danışarkən deyib ki, proqram üzrə artıq 760-dan çox məzun proqramın iştirakçısı adını qazanıb:

“Bu da ötən illə müqayisədə daha yüksək rəqəmdir. Nəzərə alsaq ki, bu il ilk dəfə olaraq hər bir iştirakçı ilə fərdi müsahibə həyata keçirilib. Yəqin ki, bu iş üçün lazım olan insan resursunun və işin təşkilini qiymətləndirmək olar. Bu ilki prosesi çox uğurlu hesab edirəm. Dövlət proqramı çərçivəsində çox sayda tələbə xaricdə təhsil alacaq”.

F.Kərimli


Teqlər:





Xəbər lenti