Rusiya təklənir - Daha bir ölkə Moskvaya qarşı

Rusiya təklənir - Daha bir ölkə Moskvaya qarşı
  28 Mart 2018    Oxunub:1555
Monteneqro Skripal işi" ilə əlaqədar Rusiyanın bu ölkədəki diplomatını ölkədən çıxaracaq.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.

Diplomatik missiyanın əməkdaşı həftə ərzində ölkəni tərk etməlidir. Bundan əlavə Podqoritsa Rusiyanın fərxri konsulunun respublikada işləməsinə dair icazəni ləğv edib.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.

Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub. Ancaq məsələ bununla bitməyib. Belə ki, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Rusiya  





Xəbər lenti