Zakir Həsənov Türkiyədə Hulusi Akarla danışıqlarda - Yenilənib

Zakir Həsənov Türkiyədə Hulusi Akarla danışıqlarda - Yenilənib
  28 Mart 2018    Oxunub:2558
Ankarada Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.



İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Zakir-Həsənov   MN   Türkiyə   Hulusi-Akar  



Xəbər lenti