Müdafiə Nazirliyindən müraciət: "Bu məlumatları yaymayın!"

Müdafiə Nazirliyindən müraciət: "Bu məlumatları yaymayın!"
  28 Mart 2018    Oxunub:3484
Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.
Nazirlikdən AzVision.az-a daxil olan məlumatda bildirilib ki, aprel ayının 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır:

"Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir. Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, bu kimi məlumatların yayılması qəti surətdə yolverilməzdir".

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Müraciət  





Xəbər lenti