Prezidentlə bağlı qanun layihəsi hazırlanır

Prezidentlə bağlı qanun layihəsi hazırlanır
  04 Oktyabr 2013    Oxunub:837
Azərbaycanda Prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun layihəsinin Milli Məclisin payız sessiyasında qəbul olunacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Birinci vise-spiker qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda işlənib qurtardıqdan sonra müəyyən ekspertizalardan keçəcək və sənədin payız sessiyasında müzakirəyə çıxarılacağı gözləniıir: "Bu qanuna ciddi ehtiyac var. Prezidenti xalq seçir, ona ali səlahiyyətlər verilir və Prezidentin şərəf və ləyaqətinin qorunması çox vacibdir. Nəzərə alaq ki, Konstitusiyanın 106-cı maddəsi də bunu tələb edir".

Z.Əsgərov qeyd edib ki, layihənin hazırlanmasına şəxsən özü rəhbərlik edir: "Bunun üçün biz Konstitusiyanın 106-cı maddəsini əsas götürmüşük. Artıq layihənin adı da rəsmi olaraq müəyyənləşib, "Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında" qanun layihəsi adlanır".


Teqlər:





Xəbər lenti