Sərgi təhsil müəssisələrinə imkan yaradır

Sərgi təhsil müəssisələrinə imkan yaradır
  04 Oktyabr 2013    Oxunub:1135
“Bakıda Benyəlxalq Təhsil sərgisinin keçirilməsi çox mühümdür. Sərgi bir neçə məqsədə xidmət edir”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən Beynəlxalq Təhsil Sərgisindən danışarkən deyib.

O bildirib ki, sərgi ilk növbədə Azərbaycanda fəaliyyət göstərən təhsil müəsissələrinin bazar iqtisadiyyatı şəraitində öz məhsullaırnı təqdim etməyə imkan verir:

“Bundan başqa təhsil müəssisələrinin təhsillərini tanıtmaqda, ikitərəfli əlaqələrin genişlənməsi üçün xaricdən iştirak edən şirkətlər birbaşa əlaqələrin yaradılması və Azərbaycanda olan tələbələrin özlərinin seçim imkanın əldə edilməsi üçün bir imkandır. Digər tərəfdən də təhsil karyeranın qurulması üçün bir vasitədir. Təhsil və karyera sərgisinin keçirilməsində də əsas amil budur. Yəni, burada həm mövcud, həm də gələcək işə götürənlər birbaşa olaraq təhsil ocaqları ilə ünsiyyətdə olacaq”.

Təhsil naziri, həmçinin, vurğulayıb ki, Azərbaycanın ali təhsil müəssisələrinin bu kimi sərgilərdə daha fəal şəkildə iştirakı onlar üçün əhəmiyyətlidir:

“Bu, onların həm xarici tərəfdaşları ilə birbaşa əlaəqlər qurması, həm də ali təhsil məüsisələrinin effektiv idarə olunması üzrə -iqtisadi aspektlər daxil olmaqla-uğurlu xarici təcrübələin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, bizim ali təhsil müəsisələrinin bu kimi tədbirlərdən istifadə edərək şagird və tələbələr, həmçinin əmək bazarında öz təbliğatlarını həyata keçirmək təcrübəsindən geniş şəkildə istifadə eməlidirlər”.

Nazir qeyd edib ki, sürətlə inkişaf edən iqtisadiyyat üçün yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarlar tələb olunur:

“Təhsil Nazirliyi ölkədə və xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq çərçivəsində peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Sərgi şərçivəsində də “Müasir Azərbaycan peşəkarları” layihəsinin təqdimatı keçiriləcək. Ümidvaram ki, şagird, tələbə və məzunlarımız sərginin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edərək yeni təhsil və krayera perspektivlərini dəyərləndirə biləcəklər”.

Qeyd edək ki, 3 gün davam edəcək Beynəlxalq Təhsil sərgisində 17 ölkədən 100-dən çox şirkətin nümayəndəsi iştirak edir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti