Ərdoğan Zakir Həsənovla görüşəcək

Ərdoğan Zakir Həsənovla görüşəcək
  29 Mart 2018    Oxunub:1703
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək.

AzVision.az xəbər verir ki, Türkiyə prezidentinin rəsmi saytında yer alan məlumata görə, görüş saat 12:00-da baş tutacaq.
Qeyd edək ki, ötən gün Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə Ankaraya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Zakir-Həsənov  



Xəbər lenti