İki azərbaycanlı Dünya Kubokuna vəsiqə qazandı

İki azərbaycanlı Dünya Kubokuna vəsiqə qazandı
  29 Mart 2018    Oxunub:1517
Batumidə keçirilən şahmat üzrə fərdi Avropa Çempionatının yekun nəticələri açıqlanıb. AzVision.az xəbər verir ki, turnirin yekun nəticələrinə əsasən 1-23-cü yeri tutan şahmatçılar Dünya Kubokuna vəsiqə əldə ediblər.
Turnirdə iştirak edən həmyerlilərimizdən ikisi Eltac Səfərli və Nicat Abasov dünya kubokuna vəsiqə qazanıb. Eltac Səfərli turnirdə 8 xalla 8-ci, Nicat Abasov isə 7,8 xalla 20-ci pillədə qərarlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Şahmat  





Xəbər lenti