Qarabağdakı partlayışla bağlı yeni faktlar

Qarabağdakı partlayışla bağlı yeni faktlar
  29 Mart 2018    Oxunub:1438
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində mina partlayışı zamanı ölən və yaralanan şəxslərlə bağlı yeni məlumat yayılıb.
AzVision.az News.am-a istinadən xəbər verir ki, partlayış zamanı ölən və yaralıların xarici ölkə vətəndaşları olduğu təkzib olunub. Bildirilib ki, həmin şəxslər Qarabağ erməniləridir.

Ölənlərin adları hələlik açıqlanmayıb. Yaralılar isə 1987-ci il təvəllüdlü Qarik Vaxiran və 1974-cü il təvəllüdlü Aram Mkrtçyandır. Qarik Vaxiryan əməliyyata alınıb, Aram Mkrtçyan isə reanimasiyadadır.

Qeyd edək ki, "Halo-Trust" beynəlxalq minatəmizləmə təşkilatının əməkdaşları Ağdərə ərazisində minaya düşüblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qarabağ   Azərbaycan  





Xəbər lenti