Putin də saxtakar imiş

  04 Mart 2013    Oxunub : 406
Putin də saxtakar imiş
Rusiyada “ Rədd olsun çar Putin” şüarları səsləndirilib.
Rusiyada prezident Putin əleyhinə aksiyalar keçirilib. Aksiya zamanı solçu fəallardan olan 10 nəfər üzərində “ Rədd olsun çar Putin” şüarı yazılmış plakatları açıblar. Təqribən 10 dəqiqə sonra etirazçılar həbs edilib.

Qeyd edək ki, Putin əleyhinə aksiyalar, Rusiyada Vladimir Putinin qalibiyyəti ilə nəticələnən prezident seçkilərinin ildönümünə həsr edilib. Müxalifət sözügedən seçkilərdə qanun pozuntularına yol verildiyini iddia edir. Onların sözlərinə görə ötənilki mart seçkilərində iştirak edən namizədlərin heç biri Putinə həqiqi rəqib olmayıb, sadəcə “gözdən pərdə asıblar”. Vladimir Putin saxta yollarla prezident seçilib. Putinin formal rəqibləri sırasında Qennadiy Zyüqanov, Vladimir Jirinovski, Serqey Mironov və Mixail Proxorovun adı çəkilir. Qismən radikal müxalifətçi hesab edilən Qriqoriy Yavlinski isə texniki nigah səbəbindən seçkilərdən kənarlaşdırılıb, onu bəzi sənədlərin sürətindən sui -istifadə etməkdə günahlandırıblar.

Xatırladaq ki, Vladimir Putinin 2012-ci ilin may ayında 3-cü dəfə Rusiya prezidenti seçilməsi kütləvi etirazlarla qarşılanıb. Putinin andiçmə mərasimi zamanı, mayın 6-da , “Milyonların marşı” adlandırılan aksiyada 10 minlərlə insanla polis arasında polis arasında qarşıdurma baş verib. Aksiya təşkilatçıları Daxili İşlər Nazirliyini təxribatda günahlandırıblar. Dövlət qüvvələri isə günahı qarşı tərəfin üzərinə atıblar.

AzVision.az

Teqlər: