Müdafiə Nazirliyi Sarkisyanın cavabını verdi - VİDEO

Müdafiə Nazirliyi Sarkisyanın cavabını verdi - VİDEO
  04 Oktyabr 2013    Oxunub:1112
“O, uşaq qatilidir və vaxt gələcək beynəlxalq məhkəmə önündə cavab verməli olacaq"

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi ittihamlarla bağlı bəyanat yayıb. AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Serj Sarkisyanı özünün və cinayətkar komandasının əməllərini ört-basdır etməkdə ittiham edib:

“O, uşaq qatilidir və vaxt gələcək cinayətkar kimi beynəlxalq məhkəmə önündə cavab verməli olacaq. Xocalıda yüzlərlə insanı qətlə yetirən bu adamın faciədən necə lovğalanmasını, hətta həyasızcasına müsahibə verərək “bununla Azərbaycana dərs vermək istədik” deyə sərsəm fikirləri bu gün də kimsənin yadından çıxmayıb".




Teqlər:  





Xəbər lenti