Skripalın qızının vəziyyəti yaxşılaşıb

Skripalın qızının vəziyyəti yaxşılaşıb
  30 Mart 2018    Oxunub:1381
Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənən Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın qızı Yuliyanın vəziyyəti getdikcə yaxşılaşır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun müalicə aldığı xəstəxanadan bildirilib. Qeyd edilib ki, atasından fərqli olaraq, qızının vəziyyəti artıq kritik deyil. Həkimlərin bildirdiyinə görə, sabiq polkovnikin vəziyyəti ağır olaraq qalmaqdadır.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal və qızı Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Diplomatik qalmaqala səbəb olan hadisəyə görə Rusiya ittiham edilib. İddia edilib ki, Skripalın zəhərlənməsində Rusiyanın əli var. Məlum hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb. Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub.

AzVision.az


Teqlər:



Xəbər lenti