Rusiya ABŞ-ın 60 diplomatını ölkədən qovur - Moskvanın cavabı

Rusiya ABŞ-ın 60 diplomatını ölkədən qovur - Moskvanın cavabı
  30 Mart 2018    Oxunub:1624
Rusiya "Skripal işi"ndə Vaşinqtona cavab olaraq ABŞ-ın 60 diplomatını ölkədən çıxarmaq qərarı verib.
AzVision.az xəbər verir ki, bununla bağlı Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, ölkədən çıxarılacaq amerikalı diplomatların 58-i ABŞ səfirliyinin, 2 nəfər isə Baş Konsulluğun əməkdaşıdır. Rusiyanı tərk etmələri üçün diplomatlara aprelin 5-dək vaxt verilib.

Qey edək ki, ABŞ hökuməti "Skripal işi" ilə əlaqədar 60 rusiyalı diplomatın ölkədən çıxarılması, Sietldəki Rusiya baş konsulluğunun bağlanmasına dair qərar qəbul edib.

AzVision.az


Teqlər: Rusiya   ABŞ  



Xəbər lenti