ABŞ polisi arvadını güllələyən ermənini axtarır
Polis nümayəndəsi Frend Deperno bildirib ki, Tahanqa şəhərciyində evlərdən birində səhər saatlarında kişi və qadın arasında mübahisə yaşanıb. Mübahisə nəticəsində kişi öz həyat yoldaşına atəş açıb və onu çiynindən yaralayıb. Qadın xəstəxanaya çatdırılıb. Mübahisə zamanı həmçinin kişi evinin pəncərəsinə də daş atıb. Həmin vaxt evdə olan uşaq xəsarət almayıb.
İnsidentdən sonra kişi hadisə yerindən qaçıb. Polisin məlumatına görə, cinayətkar erməninin təxminən 30 yaşı var, onun boyu 177 sm-dir. Polis hesab edir ki, erməni silahlıdır. Hələlik hadisənin digər təfərrüatları açıqlanmır.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


