"Azərbaycanda elə yerlərə getmişəm ki..." - ABŞ səfiri

"Azərbaycanda elə yerlərə getmişəm ki..." -  ABŞ səfiri
  30 Mart 2018    Oxunub:3557
"Mən Azərbaycanda elə yerlərə getmişəm ki, heç azərbaycanlıların özləri oralarda heç vaxt olmayıb".

AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Amerikanın səsi”nə müsahibəsində bildirib.
Səfir “Azərbaycandan hansı təəssüratlarla ayrılırsınız? Bu ölkə yaddaşınızda necə qalacaq?” sualını cavablandırıb.

"Biz burada olduğumuz müddətdə Azərbaycanın müxtəlifliyindən zövq almışıq. Dağlara gəzməyə çıxmışıq, təbiətin qoynunda səyahətlər etmişik, tarixi yerlərə getmişik. Bunların arasında Qobustan kimi qədim tarixi yerlərin adını çəkə bilərəm. Keçən həftə Şəkiyə getmişdik. Azərbaycanın müxtəlifliyi heyrətamizdir. Məyusedici odur ki, bu üç il ərzində getmədiyim yerlər olub. Mən Azərbaycanda elə yerlərə getmişəm ki, heç azərbaycanlıların özləri oralarda heç vaxt olmayıb.

Mən qeyd etmək istəyirəm ki, həqiqətən məkanı gözəlləşdirən insanlardır. Həm həyat yoldaşım xanım Ənn Sekuta, həm mən, həm də uşaqlarımız üçün bir məsələ tam aydındır ki, biz mütləq Azərbaycana turist kimi səfər edəcəyik. Burada tanış olduğumuz insanlarla yenidən görüşəcəyik. Bu, gələcək fəaliyyətimin ən yaxşı cəhəti olaraq qalacaq. Biz özümüzlə Azərbaycan mətbəxinə aid kifayət qədər kitab aparırıq ki, ölkəmizə qayıtdıqdan sonra Azərbaycan mətbəxi ilə də məşğul olaq. Amma insanlarla təmas üçün bu ölkəyə yenidən qayıdacağıq"- Sekuta səfir kimi son müsahibəsində qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Sekuta   ABŞ  





Xəbər lenti