Zakir Qaralov 3 nəfəri işdən çıxarıb

Zakir Qaralov 3 nəfəri işdən çıxarıb
  04 Oktyabr 2013    Oxunub:989
Azərbaycanda üç prokurorluq işçisi işdən çıxarılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşı Vüsal Müslümov, Bakı şəhər Prokurorluğunun əməkdaşları Valeh Vəliyev və Çingiz Hacıyev işdə yol verdikləri kobud qanun pozuntularına görə prokurorluq orqanlarından xaric ediliblər.


Teqlər:





Xəbər lenti