Milli Şuradan daha bir istefa

Milli Şuradan daha bir istefa
  04 Oktyabr 2013    Oxunub:901
AXCP sədrinin müavini Asəf Quliyev Milli Şuradan istefa verib.

Bu barədə A.Quliyev facebook səhifəsində yazıb : “Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan MS fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların Milli Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum... Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa edirəm”.

Qeyd edək ki, A. Quliyev Milli Şuranın Mitinq Komitəsinin sədri olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti