23 ölkənin diplomatları Rusiyadan çıxarılır - Yenilənib

23 ölkənin diplomatları Rusiyadan çıxarılır - Yenilənib
  30 Mart 2018    Oxunub:2552
Rəsmi Moskva “Skripalin işi” ilə bağlı rusiyalı diplomatları ölkələrindən çıxaran 23 dövlətə qarşı cavab tədbirləri görüb.
Rusiya XİN-in yaydığı məlumatda bildirilib ki, martın 30-da Almaniya, Fransa, Polşa və İtaliyanın Moskvadakı səfirləri, həmçinin Niderland, Albaniya, Rumıniya, Ukrayna, Latviya, Litva, Avstraliya, Danimarka və Makedoniyanın diplomatik nümayəndəliklərinin rəhbərləri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Onlara etiraz notası təqdim edilib və “Skripalın işi” ilə bağlı Böyük Britaniyanın Rusiyanın ünvanına səsləndirdiyi əsassız ittihamların əsasında rusiyalı diplomatları ölkələrindən çıxarılmasına cavab olaraq bu dövlətlərin diplomatik missiyalarının müvafiq sayda əməkdaşının "persona non grata" elan edildiyi bildirilib.

***
Ukraynanın Rusiyada fəaliyyət göstərən 13 diplomatı ölkədən çıxarılacaq.

AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi Moskva Ukrayna ilə yanaşı 10 ölkənin (Estoniya, Latviya, Litva, Çexiya, Polşa, İtaliya, Finlandiya, Niderland, İsveç və Böyük Britaniya) diplomatının ölkədən çıxarılması barədə qərar verib. Rusiya XİN, həmçinin İsveçin 1 diplomatı və Estoniyanın hərbi attaşesi Toomas Pedanın ölkədən qovacağını bəyan edib.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.

Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub. Siyasi skandal bununla bitməyib. ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib. Daha sonra NATO üzvü olan 25-dən çox ölkə “Skripal işi” ilə bağlı rusiyalı diplomatları deportasiya edib.

AzVision.az


Teqlər: Rusiya   XİN   Skripal  





Xəbər lenti