Vəkili Məhəmməd İmanlıdan danışdı

Vəkili Məhəmməd İmanlıdan danışdı
  04 Oktyabr 2013    Oxunub:1040
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı özünü yaxşı hiss edir, saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur.

Bu barədə AzVision.az saytına açıqlamasında Məhəmməd İmanlının hüquqlarını müdafiə edən vəkil Muxtar Mustafayev bildirib.

-Hazırda Məhəmməd İmanlı Kürdəxanı təcridxanasında saxlanılır. Qanuna uyğun olaraq, ailəsi ilə də görüşür. Mən özüm də həftədə bir dəfə onunla görüşürəm. İndi də onunla görüşə gedirəm. Heç bir şikayəti və problemi yoxdur. Səhhəti də normaldır,ciddi ağrıları yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311-ci(rüşvət alma) maddəsi 178-ci maddəsinə (dələduzluq) tövsif edilib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti