Berdiməhəmmədov oğlunu nazir müavini təyin etdi

Berdiməhəmmədov oğlunu nazir müavini təyin etdi
  31 Mart 2018    Oxunub:2001
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı ölkənin xarici işlər nazirinin müavini postuna təyin edib.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bundan əlavə, Türkmənistan prezidentinin oğlu martın 25-də keçirilən parlament seçkilərində qalib gələrək deputat mandatı qazanıb.

Xatırladaq ki, Sərdar Berdiməhəmmədov 1981-ci ildə anadan olub. O, S. Niyazov adına Türkmənistan Kənd Təsərrüfatı Universitetində təhsil alıb. İxtisasca mühəndis-texnoloqdur. 2008-2011-ci illərdə Rusiya XİN-in Diplomatik Akademiyasında beynəlxalq əlaqələr üzrə təhsil alıb. O, 2011-2013-cü illərdə Cenevrədə Siyasi Təhlükəsizlik Mərkəzində oxuyub, Avropa və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis adını qazanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Berdiməhəmmədov   Türkmənistan  





Xəbər lenti