“Zeytun budağı”nda 3820 terrorçu məhv edilib

“Zeytun budağı”nda 3820 terrorçu məhv edilib
  31 Mart 2018    Oxunub:1943
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, "Zeytun budağı" əməliyyatında indiyədək 3820 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Türkiyə ordusu əməliyyat zamanı Afrinə tam nəzarəti ələ alıb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Zeytun-Budağı   Türkiyə   Afrin  





Xəbər lenti