DİM-də Apelyasiya Komissiyası yaradılıb

DİM-də Apelyasiya Komissiyası yaradılıb
  01 Aprel 2018    Oxunub:2002
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.
DİM-dən AzVision.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Namizədlər Apelyasiya Komissiyasına 2-4 aprel 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti