"Afrində 3348 terrorçu məhv edilib" - Ərdoğan

"Afrində 3348 terrorçu məhv edilib" - Ərdoğan
  01 Aprel 2018    Oxunub:1018
Türkiyə ordusu Afrində 3348 terrorçunu zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Ərdoğan bildirib ki, Türkiyənin keçirdiyi əməliyyatlar bəzi Qərb ölkələrini narahat edir.

"Bu, bəzilərini narahat edir. Amma biz öz yolumuzla getməyə davam edəcəyik", - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan hazırda "Zeytun budağı" əməliyyatının davam etdiyini vurğulayıb. Qeyd edib ki, əməliyyat Tell-Rifat yaşayış məntəqəsi və digər ərazilərdə aparılır.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Afrin  





Xəbər lenti