Ərdoğan İsraili terrorda ittiham etdi

Ərdoğan İsraili terrorda ittiham etdi
  02 Aprel 2018    Oxunub:2008
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terror siyasəti yürütməkdə ittiham edib.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ərdoğan Türkiyə ordusunun dinc əhaliyə qarşı cinayət törətdiyini deyən İsrailin baş naziri Binyamin Netanyahunu sərt tənqid edib.
"Türkiyyə terrorçuluqla qətiyyətli mübarizə apardığı halda, İsrail cinayətkarlıqla mübarizə aparmaq əvəzinə, terror siyasəti yürütməkdə davam edir",- deyə Ərdoğan vurğulayıb.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   İsrail  



Xəbər lenti